Məhsullar Panoramik liftlər

Panoramik lift – prestij, dəbli və keyfiyyətli avadanlıqdır. Bu növ liftlər otellər, restoranlar, biznes, istirahət və ticarət mərkəzlərində istifadə üçün nəzərdə tutulmuşdur. Son zamanlar isə şəxsi mülklərdə də istifadəsinə rast gəlinir.
Panoramik liftlər yerləşdirildiyi binaya xüsusi estetik görünüş qatdığına görə ilk baxışdan diqqəti özünə cəlb etməkdən savayı, öz funksionallığa görə də digər liftlərdən seçilir.
Sərnişinlərin şəffaf şüşə liftdən istifadə zamanı ətraf panoramadan həzz almaq imkanı yarandığına görə bu cür liftlər “panoramik liftlər” adlanır. Binanın arxitekturasına uyğun olaraq 0.63 m/s ilə 2.5 m/s arası sürətə malik panoramik liftlər quraşdırmaq mümkündür. Sınmayan şüşədən hazırlandığı üçün hansısa təhlükə anında sərnişinlərə zərər toxunmaz.
Kabina şəffaf şüşə ilə əhatələndiyi üçün insanlara rahatlıq verir və sərnişinlər bu səbəbdən qapalı kabina əvəzinə panoramik lifti üstün tuturlar. Şüşə liftlərdən istifadə zamanı sərnişinin kefi daha da xoş olur, analoji olaraq bu da avadanlığın daha çox insan tərəfindən istifadəsinə yol açır. Beləliklə, məkanın daha cəlbedici olmasına imkan yaranır. Bu tip hərəkət isə mərkəzin estetik interyerini dəfələrlə gözəlləşdirir və daha da dəyərli edir.
Panoramik liftlərin quraşdırılması və istifadəsi üçün şaxtaya ehtiyac yoxdur. Bu isə daha çox yerin qənaət olunması deməkdir. Panoramik liftlərin konstruksiyası onu binanın daxilindən və ya xaricində quraşdırılmasına imkan verdiyi üçün, bu cür liftlər paytaxt Bakımızın doğmalığına bir az da gözəllik qatır. Şüşə liftlər şəhərin arxitekturasına özəllik və mükəmməl effektlər əlavə edir. Binanın arxitekturasına uyğun olaraq, hidrovlik və elektrik seçimlər mövcuddur.
Öz növbəsində “Novamatic” MMC münasib qiymətə bol seçimli panoramik şüşə və hər növ digər liftlərin satışı, təmir və quraşdırılmasını yerinə yetirir.
Panoramic Elevator row 5

Model MDG010

Aşağı və yuxarı hissə: Sarı titan qızılı PP güzgü
Panoramik hissə: Şəffaf qoruyucu şüşə
Bəzəkli dam: PP-dan güzgü çərçivə, akril şüşə işığı-şüalandırma paneli yanlarda LED lampa ilə
Kabina divarı: Təbəqəli qoruyucu şüşə
Sürahi: PP-dan dairəvi boru
Döşəmə: PVC

 

Panoramic Elevator row 2

Model MDG009

Aşağı və yuxarı qoruma: Emal olunmuş polad, südlü-ağ akril dekorasiya
Panoramik hissə: Şəffaf qoruyucu şüşə
Bəzəkli dam: PP güzgü çərçivə, südlü-ağ akril dekorasiya, LED lampalar
Kabina divarı: PP güzgü ilə qoruyucu şüşənin kombinasiyası
Sürahi: PP-dan dairəvi boru
Döşəmə: PVC

 

Panoramic Elevator row 6

Model MDG012

Aşağı və yuxarı hissə: Emal olunmuş lövhə
Panoramik hissə: Şəffaf qoruyucu şüşə
Bəzəkli dam: Qaqab şüşə, arxa PP güzgü çərçivə, zolaqlı akril işıqlandırma dekorasiyası
Kabina divarı: Cilahlanmış PP və qoruyucu
Sürahi: PP-dan dairəvi boru
Döşəmə: PVC

 

Panoramic Elevator row 1

Model MDG001

Aşağı və yuxarı hissə: Ağ akril dekorasiya
Panoramik hissə: Şəffaf qoruyucu şüşə
Bəzəkli dam: Emal olunmuş polad və akril
Kabina divarı: İşlək tərəf cilahlanmış PP, qarşı tərəfdən vertikal sütun
Sürahi: PP-dan boru
Döşəmə: PVC

 

Panoramic Elevator row 3

Model MDG002

Aşağı və yuxarı hissə: Akril dekorasiyalı işıqlandırma
Panoramik hissə: Yumru 6+6 şəffaf qoruyucu şüşə ( 3 əd.)
Bəzəkli dam: Emal olunmuş polad və akril
Kabina divarı: Cilahlanmış PP
Sürahi: İki PP-dan boru
Döşəmə: PVC

 

Panoramic Elevator row 4

Model MDG011

Aşağı və yuxarı hissə: Polad rəndi, südlü-ağ akril örtük
Panoramik hissə: Şəffaf qoruyucu şüşə
Bəzəkli dam: Cilahlanmış PP, akril işıqlandırma dekorasiyası
Kabina divarı: Cilahlanmış PP
Sürahi: PP-dan boru
Döşəmə: PVC