YÜK LİFTLƏRİ

Məhsullar

Yük lifti – adından da bəlli olduğu kimi, yüklərin daşınması üçün effektiv nəqledici vasitədir. Əsas xarakteristikalarına görə geniş və fərqli seçim siyahısına malik olan yük liftləri adətən anbar, alış-veriş mərkəzi, bina və fabrik kimi müxtəlif yerlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Sərnişin liftlərindən fərqli olaraq bu növ liftlər daha sadə dizaynlı kabina, daha çox yükdaşıma qabiliyyəti və böyük döşəmə sahəsi və həcmə malik olurlar.
Yükdaşıma qabiliyyətinə görə 630kq, 1000 kq, 1600 kq, 2000 kq, 3200 kq və daha çox ola bilirlər. Sərnişin liftlərində olduğu kimi yük liftlərində də şəraitə uyğun müxtəlif xüsusiyyətli yük liftləri seçilir:
Qapı seçimi (tək qanad, cüt qanad, avtomatik və ya yarı avtomatik);
-Hidrovlik liftlər (bu seriyadan olan liftlər minimum sahə üçün nəzərdə tutulur və çevik sistem olduğu üçün hər yerdə quraşdırıla bilər);
-Elektrik liftlər (daha sürətlidir və eyni zamanda daha çox enerjiyə qənaət edirlər).
Bundan əlavə yük liftləri aşağıdakı qruplara ayrılır:
-Adi yük liftləri – yükqaldırma qabiliyyəti 250 – 5000 kq olur;
-Bələdçili yük liftləri – yüklərin və onları müşayiət edən sərnişinlərin nəql edilməsi üçündür;
-Bələdçisiz yük liftləri – yalnız yüklərin nəql edilməsi üçündür.
Kiçik yük liftləri – yükqaldırma qabiliyyəti 250-300 kqdan, kabinasının döşəmə sahəsi 0,9 kv. m-dən, hündürlüyü isə 1,25 m-dən böyük olmayan yük liftləridir. Bir qayda olaraq restoran və kafelərdə ərzaq məhsullarının, kitabxanalarda kitabların nəql edilməsi üçündür, adamların daşınması qəti qadağandır.
Siz, “Novamatic” firmasının təqdim etdiyi hazır və ya məkana və öz istəyinizə uyğun lazım olan digər bir kombinasiyanı rahatlıqla sifariş edə bilərisiniz.

U-CR501 STANDART DEKORASİYA

Daha ətraflı...

U-CR502 OPSİYONAL DEKORASİYA

Daha ətraflı...

Abunə ol

Xəbərlərimizdən xəbərdar olmaq istəyirsiniz? Sadəcə qeydiyyatdan keçin və sizə e-poçtla bildiriş göndərəcəyik.