ESKALATORLAR

Məhsullar

Eskalator – məkanın mərtəbələri arasında insanların daşınması üçün konveyer nəqliyyat cihaz və ya sərnişinləri qaldırıb-endirmək üçün durmadan hərəkət edən hərəkətli pilləkən.
Eskalatorlar praktiki olaraq geniş ərazili, əhalinin kütləvi axınlarının daimi mövcud olduğu çoxmərtəbəli binalarda, böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və sair məkanlarda istifadə olunur. Hərəkət edən səkilər horizontal və bucaq altında (meylli və ya üfüqi) yerləşdirilə bilərlər.
Eskalatorlar lift ilə müqayisədə daha çox insan daşıya bilir. Eskalatorlardan (travolatorlardan – “yeriyən səki”) istifadə zamanı sərnişinlər ayaq üstə durur. Sürətinə görə isə eskalatorlar bir neçə növə bölünürlər (az sürətli – 2.5-3.6 km/saat, sürətli – 12–17 km/saat və s.). Eskalatorlar 30 ilə 35 dərəcə arasında dəyişə bilər və 600 mm, 800 mm, 1000 mm genişliyində istehsal edilə bilir.
Novamatic şirkətinin təqdim etdiyi eskalatorlar etibarlı və təhlükəsiz olduğu kimi, quraşdırılan konstruksiya bina ilə mükəmməl vəhdət yaradacaq. Hərəkətli pilləkanlarımız səssiz və rəvan çalışır.

UN-ES008

Daha ətraflı...

XEC 6000

Daha ətraflı...

XEP

Daha ətraflı...

Abunə ol

Xəbərlərimizdən xəbərdar olmaq istəyirsiniz? Sadəcə qeydiyyatdan keçin və sizə e-poçtla bildiriş göndərəcəyik.